Yerin tarixi

Yerin tarixi dedikdə Yer planetinin yarandığı andan müasir dövrə qədər keçdiyi mərhələlər (eon, era, dövr, epoxa) və bu mərhələrədə müşahidə olunan əsas dəyişikliklər nəzərdə tutulur[1]. Tarix boyu Yer planeti və onun üzərindəki həyat vahid bir orqanizm kimi inkişaf edib. Yerin həm daxilində, həm də səthində baş vermiş bütün proses və hadisələr həmişə bir- birilə sıx əlaqədə olmuşdur.

"Geoloji zaman" anlayışını ilk dəfə kim tərəfindən işlədildiyini demək çətindir. Amma süxurların əmələ gəlməsi barədə " tez" və "gec" anlayışlarını ilk dəfə olaraq, danimarkalı alim Nils Steno işlətmişdir. Steno 1669-cu ildə dərc olunmuş "Prodramus" adlı geloji-tarixi əsərində belə bir prinsip formlaşdırmışdır: "Üstdə yatan lay altda yatan laydan gec əmələ gəmişdir". Ümumiyyətlə, Steno tərəfindən aşkar olunmuş qanunauyğunluq sonradan stratiqrafiyada dörd əsas prinsipi adını almışdır.[2]

Yer planeti təxminən 4,6 mlyar il bundan əvvəl əmələ gəlmişdir. O vaxt o, nə daxili quruluşuna, nə də xarici görünüşünə görə müasir Yerə oxşamırdı. Onun daxili hələ hazırda olduğu kimi, dairəvi laylara, qatlara — geosferlərə bölünməmişdir; Yer kürəsinin səthi isə hələ bizim indi gördüyümüz dağlı, dərəli, çaylı, dənizli relyefə malik deyildi. O, ümumdünya cazibə qüvvəsinin təsirilə müxtəlif ölçülü və tərkibli kosmik cisimlərdən toplanaraq (akkresiya), böyük bir kürə şəklinə düşmüşdür.[3]

Planetimiz formalaşdığı andan onda həm geoloji, həm də bioloji dəyişikliklər mütəmadi baş verirdi. Orqanizimlər durmadan inkişaf edir, yeni formalar meydana gəlir və ya kütləvi qırılmalarla əvəzlənirək planetin forması daima dəyişilirdi. Tektonik proseslər materikokeanların formalaşmasında əsas rol oynayır, canlıar üçün isə sığınacaq məkanı formalaşdırırdı.

  1. Steven M. (2005). Earth system history (2nd ed.). New York: Freeman. ISBN 978-0-7167-3907-4
  2. "Steno's principles of stratigraphy". 2008-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-02.
  3. "N.Ə.İmamverdiyev.Maqmatik proseslərin geokimyası(Petroloji əsaslarla)" (PDF). 2018-05-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-12-02.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search